“Gürcüstanda insan haqlarını pozanlara sanksiya tətbiq edilməsinə şadam” - Cim Riş

10:33 17.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Cim Riş ölkəsinin bəzi Gürcüstan vətəndaşlarına sanksiya tətbiq etməsinə münasibət bildirib.

Hafta.az-ın yazdığına görə, ABŞ Maliyyə Departamenti tərəfindən Zviad Xarazişvili, Mileri Laqazauri, Konstantine Morqoşia və Zurab Maxaradzeyə qarşı maliyyə sanksiyaları tətbiq edilib.

“Amerika Birləşmiş Ştatlarının Gürcüstanda insan haqlarını pozanları məsuliyyətə cəlb etdiyinə şadam. Gürcüstan vətəndaşlarının qorxu və zorakılıq olmadan söz və toplaşmaq hüququndan istifadə etmək imkanı olmalıdır”, – Cim Riş deyib.

Siyasət rubrikasından digər xəbərlər